Bank Of Baku

İsrail Qəzza zolağına humanitar yardım aparan "Madleen" gəmisini saxlayıb

İsrail Qəzza zolağına humanitar yardım aparan "Madleen" gəmisini saxlayıb
# 09 iyun 2025 08:47 (UTC +04:00)

İsrail hərbçiləri Misirdən Qəzza zolağına humanitar yardım aparan "Madleen" gəmisini saxlayıb.

APA xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Məlumata görə, ekoaktivist Qretə Tunberq də bu gəminin göyərtəsində olub.

İsrail rəsmiləri daha öncə bu gəminin anklava çatmasına icazə verməyəcəklərini bəyan etmişdilər.

İsrail Xarici İşlər Nazirliyi hadisəni "selfi yaxtası şousu" adlandırıb.

"Məşhurların "selfi-yaxtası" uğurla İsrail sahillərinə istiqamətlənib. Sərnişinlər yaxın zamanda öz ölkələrinə qayıdacağı gözlənilir. Qəzzaya humanitar yardım çatdırmağın instaqram selfilərinə ehtiyac olmayan yolları var. Gəmidə olan az miqdarda yardım isə Qəzzaya humanitar kanallar vasitəsilə ötürüləcək", - nazirlik qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR