Bank Of Baku

İsrail Qəzzada 100-ə yaxın tuneli məhv edib

İsrail Qəzzada 100-ə yaxın tuneli məhv edib
# 02 noyabr 2023 17:02 (UTC +04:00)

İsrailin Qəzza zolağına qurudan hücuma başladığı vaxtdan bəri onun nəzarətinə keçən ərazilərdə mühəndis-istehkamçılar HAMAS-ın tunellərini məhv etmək üçün genişmiqyaslı əməliyyata başlayıb.

APA xəbər verir ki, bu barədə "Walla" xəbər portalı məlumat yayıb.

Bildirilib ki, ordu mühəndisləri tunelləri dağıtmaq, HAMAS-ın quraşdırdığı tələləri zərərsizləşdirmək və ya tunellərdəki silahlıları öldürmək üçün müxtəlif növ robotlar və partlayıcı qurğulardan istifadə edirlər.

Cənub Komandanlığının yüksək rütbəli zabiti bildirib ki, tunellər, onların çıxışları dağıdılır: "Bura ölüm zonasına çevriləcək. Onlar (HAMAS silahlıları - red.) qaça bilməyəcəkləri yerdə olmağı seçərək səhv etdilər, onlar tunellərdə öləcək".

"Walla"nın xəbərinə görə, hava hücumlarında vurulan tunellər nəzərə alınmasa, ordu artıq 100-ə yaxın tuneli məhv edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR