Bank Of Baku

İsrail Qəzzada ölən daha bir girovun qalıqlarını təhvil alıb

İsrail Qəzzada ölən daha bir girovun qalıqlarını təhvil alıb
# 28 oktyabr 2025 02:48 (UTC +04:00)

İsrail ordusu Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə Qəzza zolağında ölən girovun qalıqlarının olduğu daha bir tabutu təhvil alıb.

APA xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahunun ofisi məlumat verib.

İsrail ordusunun mətbuat xidməti öz növbəsində hərbçilərin tabutu uğurla İsrail ərazisinə keçirdiyini bildirib.

Qalıqlar tezliklə Təl-Əvivdəki Milli Məhkəmə Tibbi İnstitutuna aparılacaq və orada məhkəmə ekspertləri şəxsiyyəti müəyyən edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR