Bank Of Baku

İsrail Qəzzanın cənubuna humanitar dəhlizin açıq olduğunu bildirib

İsrail Qəzzanın cənubuna humanitar dəhlizin açıq olduğunu bildirib
# 07 noyabr 2023 14:44 (UTC +04:00)

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzzanın şimalından cənubuna humanitar dəhlizin mülki şəxslər üçün açıq olduğunu bildirib.

APA xəbər verir ki, bu barədə IDF-nin sözçüsü (ərəbdilli) Aviçay Adraee "X" hesabında bildirib.

O, Qəzzanın şimalından cənubuna uzanan Salahəddin yolunun yerli vaxtla 10:00-14:00 arasında hərəkət etmək üçün təhlükəsiz olacağını deyib.

"HAMAS sizin adınıza davam edən humanitar səyləri sarsıtmağa və sizdən canlı qalxan kimi istifadə etməyə davam etsə də, bu gün IDF bir daha Salahəddin yolundan keçidə icazə verəcək. Özünüzün və yaxınlarınızın qeydinə qalırsınızsa, göstərişlərimizə uyğun olaraq cənuba doğru gedin", - IDF sözçüsü deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR