İsrail hərbçiləri ölkənin şimal sərhədində hər an hücuma keçməyə hazırdır.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi deyib.
“Biz hər an şimalda hücuma keçməyə hazırıq, bunun baş verə biləcəyini anlayırıq və burada müdafiənin güclü olduğuna inanırıq”, - deyə Halevi bildirib.