Bank Of Baku

İsrail və ABŞ müdafiə nazirləri Qəzzadakı hərbi əməliyyatı müzakirə edib

İsrail və ABŞ müdafiə nazirləri Qəzzadakı hərbi əməliyyatı müzakirə edib
# 15 fevral 2024 12:58 (UTC +04:00)

İsrailin müdafiə naziri Yoav Qallant ABŞ-nin müdafiə naziri Lloyd Ostinlə Qəzza zolağındakı hərbi əməliyyatı müzakirə edib.

APA xəbər verir ki, bu barədə məlumat Pentaqonun rəsmi saytında dərc edilib.

Hizbullah-ın Livan ərazisindən İsrailə davamlı hücumları və İsrail-Livan sərhədindəki vəziyyət telefon danışığı zamanı tərəflər arasında müzakirə edilib.

İsrailli nazir amerikalı həmkarını iki girovun azad edilməsi üçün İsrail Müdafiə Qüvvələri tərəfindən həyata keçirilən uğurlu əməliyyat barədə də məlumatlandırıb.

Yoav Qalant bir daha vurğulayıb ki, İsrail diplomatik kanallar və ya hərbi əməliyyatlar vasitəsilə ölkənin şimal sərhədində təhlükəsizliyi və həmin regiondan köçən vətəndaşların təhlükəsiz şəkildə evlərinə qayıtmasını təmin etmək öhdəliyini yerinə yetirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR