İsrail ordusunun Livanın cənubuna intensiv hava hücumları nəticəsində ölənlərin sayı 4328 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
"2 martda hərbi eskalasiyanın başlanğıcından bəri həlak olan livanlıların ümumi sayı 4328-ə çatıb, 12227 nəfər isə yaralanıb", - məlumatda deyilir.