Bank Of Baku

İsrailin müdafiə naziri Qəzzanın altındakı tunellərin 60%-nin məhv edilməli olduğunu açıqlayıb

İsrailin müdafiə naziri Qəzzanın altındakı tunellərin 60%-nin məhv edilməli olduğunu açıqlayıb
# 26 oktyabr 2025 00:48 (UTC +04:00)

Qəzza zolağının altında HAMAS hərəkatının tunellərinin 60 faizi qalıb və onlar məhv edilməlidir.

APA xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz bildirib.

"Qəhrəman İsrail Müdafiə Qüvvələrinin (İMQ) Qəzzadakı HAMAS terrorçuları üzərində əldə etdiyi böyük qələbəni möhkəmləndirməyin əsas strateji məqsədi, hələ də 60 faizi mövcud olan tunellərini tamamilə məhv etməklə zolağın silahsızlaşdırılması və HAMAS-ın tərksilah edilməsidir", - o “X” hesabında yazıb.

Kats qeyd edib ki, o, nəzarət etdikləri "sarı zona"da İsrail hərbçiləri üçün tunellərin məhv edilməsini əsas prioritetə ​​çevirib.

İsrail hakimiyyət orqanlarının məlumatına görə, bu zona Qəzza zolağının 50 faizindən bir qədər çoxunu təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR