İsrailin Suriyanın Homs əyalətindəki Şuayerat Hərbi Hava Limanına hava hücumu təşkil etdiyi bildirilir.
APA xəbər verir ki, Suriya hökumətinə yaxın sosial media hesabları İsrail döyüş təyyarələrinin Şuayerat hərbi hava limanına hücum etdiyini iddia edib.
Hadisə ilə bağlı paylaşımlarda hücum zamanı 1 uşağın öldüyü, 10 mülki şəxsin isə yaralandığı bildirilir. Hadisə zamanı həmçinin maddi ziyan dəydiyi bildirilir.
İsrail rəsmiləri hücumla bağlı açıqlama verməyib.
Qeyd edək ki, 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri İsrail ordusu Suriyada İranın dəstəklədiyi qruplara və Suriya ordusuna aid hərbi məntəqələrə vaxtaşırı hücumlar təşkil edir.