İtaliya BMT-nin fələstinli qaçqınlarla bağlı agentliyinə maliyyə yardımını bərpa edir

İtaliya BMT-nin fələstinli qaçqınlarla bağlı agentliyinə maliyyə yardımını bərpa edir
# 25 may 2024 12:25 (UTC +04:00)

İtaliya BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) maliyyə yardımını bərpa edir.

APA xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antoni Tayani Fələstin dövlətinin Baş naziri Məhəmməd Mustafa ilə görüşündə deyib.

O bildirib ki, UNRWA üçün nəzərdə tutulan 35 milyon avroluq yardım paketindən 5 milyon avronu UNRWA layihələrinə, qalanının isə "Qəzza üçün qida" təşəbbüsünə ayrılacaq.
Qeyd edək ki, 7 oktyabr HAMAS-ın İsrailə hücumundan sonra İsrail tərəfinin BMT Agentliyin bəzi işçilərinin əli olması ilə bağlı ittihamlarından sonra İtaliya UNRWA-ya yardımı əngəlləyən ölkələrdən biri olub.

"İtaliya fələstinli qaçqınlara kömək etmək üçün nəzərdə tutulan xüsusi layihələrin maliyyələşdirilməsini bərpa etmək qərarına gəldi, ancaq ciddi yoxlamalardan sonra, terrorizmi dəstəkləmək üçün bir sentin də risk etməyəcəyinə zəmanət aldıqdan sonra", - Tayani deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR