İzmirin Foça rayonunda selin vurduğu zərərin miqdarını müəyyənləşdirmək üçün xüsusi komissiya yaradılıb.
APA-nın Türkiyə müxbiri xəbər verir ki, İzmir valisi Süleyman Elban, dəymiş ziyanın yaxın günlərdə ictimaiyyətə açıqlanacağını bildirib.
O, həmçinin seldən zərər çəkən vətəndaşlar üçün qonaq evləri və xüsusi sığınacaqların istifadəyə hazır vəziyyətə gətirildiyini vurğulayıb.
İtkin düşən bir nəfərin axtarışlarının isə gecə boyu davam etdiriləcəyi qeyd olunub.
Vali əlavə edib ki, axtarış qrupuna daha 12 nəfər xilasedici cəlb ediləcək.
***
18:53
İzmirdə sel nəticəsində 1 nəfər itkin düşüb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, itkin düşən şəxsin axtarışları davam etdirilir.
***
16:58
Türkiyədə leysan fəsadlara səbəb olub.
APA-nın Türkiyə bürosu xəbər verir ki, Çanaqqalanın Gökçeada rayonunda yağan güclü leysan nəticəsində bəzi evlər və iş yerləri su altında qalıb, beş yerdə torpaq sürüşməsi baş verib.
İzmirdə də bəzi ev və iş yerlərini su basıb.