JPost: İran kəşfiyyatı sosial şəbəkələrdə israilliləri əməkdaşlığa cəlb edir

JPost: İran kəşfiyyatı sosial şəbəkələrdə israilliləri əməkdaşlığa cəlb edir
# 09 avqust 2024 08:11 (UTC +04:00)

İran kəşfiyyatının agentləri İsrailin təhlükəsizliyinə xələl gətirə biləcək tapşırıqları yerinə yetirmək üçün sosial şəbəkələrdə İsrail vətəndaşlarını əməkdaşlığa cəlb edirlər.

APA xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti İsrailin Baş Təhlükəsizlik Xidmətinə istinadən məlumat verib.

Məlumata görə İsrail əks-kəşfiyyatı bir çox saxta hesab müəyyən edərək bu hesabları nəzarətə götürüb.

Bundan əlavə, “Telegram” qrup və kanallarında maraqlı və həyəcanlı iş təklif edən və onun həyata keçirilməsi üçün yüksək maaş vəd edən yazılar tapılıb. Nəşrin məlumatına görə, bu cür mesajlar alan israillilərin xeyli hissəsi cavab verməkdən çəkinib və bu barədə səlahiyyətli orqanlara məlumat verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR