HAMAS Qəzza zolağına yardımın çatdırılmasına imkan verəcək humanitar atəşkəs müqabilində 15-ə qədər girovun azad edilməsini müzakirə edir.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, hərəkat tərəfindən müzakirə edilən razılaşmanın şərtlərinə görə, İsrail hücumları üç gün müddətinə dayandırmalıdır. Nəticədə girovların çıxarılması və anklavlara humanitar yardımın çatdırılması üçün imkan yaranacaq.
Girovların azad ediləcəyi dəqiq say hələ ki, müzakirə mövzusu olaraq qalır.
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsin iştirak etdiyi danışıqlar Qətərin vasitəçiliyi ilə aparılır.