Bank Of Baku

KİV: Hindistan ABŞ-dan 18 ədəd “Predator" dronu alacaq

Predator Drone MQ-9B

© APA | Predator Drone MQ-9B

# 13 aprel 2023 12:59 (UTC +04:00)

Hindistan ABŞ-dan 18 ədəd “Predator dronu alacaq.

APA xəbər verir ki, bu barədə yerli “Hindustan Times” nəşri ölkənin Müdafiə Nazirliyindəki mənbələrinə istinadən məlumat yayıb.

Məumatda deyilir ki, nazirlik ilkin mərhələdə Hindistan Silahlı Qüvvələrinin Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri üçün ümumi dəyəri təxminən 3 milyard dollar olan 10 ədəd ABŞ istehsalı olan “Predator” pilotsuz uçuş aparatları (PUA) almağı planlaşdırırdı.

Hazırda ordu birləşmələrinin hər növü üçün 6 ədəd, ümumilikdə isə 18 ədəd PUA alışı planıaşdırılır.

Həmçinin əlavə olunub ki, bu barədə müqavilə Hindistan Nazirlər Kabineti tərəfindən hökumətlərarası əsasda təsdiq edildikdən sonra bağlanacaq.

Xatırladaq ki, Hindistan Hərbi Dəniz Qüvvələri dəniz sərhədlərinin kəşfiyyatını aparmaq üçün 2020-ci ildə 2 ədəd “Predator” PUA-sı icarəyə götürüb və icarə müddəti gələn il başa çatır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR