Hizbullahın yeni lideri Haşim Səfi əd-Din İsrail ordusunun aviazərbələri nəticəsində öldürülüb.
APA xəbər verir ki, bu barədə “Al-Arabiya” bir neçə mənbəyə istinadən məlumat yayıb.
***
15.07
İsrailin Beyrutun cənubuna zərbələri davam etdirməsi xilasedicilərin oktyabrın 4-də Hizbullahın yeni baş katibi Haşim Səfi əd-Dinin də içərisində olduğu bunkerə hücum yerində axtarış işləri aparmasına mane olub.
APA xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.
Məlumatda deyilir ki, İsrail oktyabrın 4-də Beyrutun cənubuna hücum zamanı Hizbullahın yeni liderinin də olduğu bunkeri hədəf alıb.
İsrail rəsmiləri hücum zamanı Hizbullahın yüksək rütbəli liderlərinin yeraltı bunkerdə toplantı keçirdiklərini güman etdiklərini bildirmişdilər.
O da bildirilir ki, oktyabrın 4-dəki hücumlardan sonra Hizbullahın yeni lideri ilə əlaqə kəsilib.