Cənubi Koreyanın avtomobil istehsalçısı “Hyundai Motor Company” Rusiyadakı zavodunu satmaq qərarına gəlib.
APA xəbər verir ki, bu barədə “Yonhap News Agency” məlumat yayıb.
Agentliyin sözlərinə görə, “Hyundai” rəhbərliyi Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən zavoddakı payının satılması təklifini bəyənib və alıcı Rusiyanın "Art-Finance" şirkəti olacaq.
Qeyd edək ki, həmin zavod ötən ilin martında Ukraynada hərbi gərginlik artandan sonra istehsalını dayandırıb.