Bank Of Baku

KİV: İsrail kəşfiyyatının Haniyəni Qətərdə öldürmək imkanı olub, lakin bilərəkdən İran seçilib

HAMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə

© APA | HAMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə

# 01 avqust 2024 10:20 (UTC +04:00)

İsrail kəşfiyyat xidmətləri Fələstinin radikal HAMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəni Qətərdə öldürmək imkanına malik olub, lakin siyasətçinin İrana səfəri zamanı xüsusi olaraq ona sui-qəsd etmək qərarına gəliblər.

APA xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti İsrail kəşfiyyat xidmətlərindəki mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, sui-qəsd üçün Tehranın mərkəzi qəsdən seçilib.

“İsrailin kəşfiyyat xidmətləri istəsəydi, Haniyəni Qətərə səfəri zamanı da yox edə bilərdi, lakin iki səbəbə görə məhz Tehran seçilib: birincisi, HAMAS liderindən xilas olmaq, ikincisi isə İranın gələcəkdə Yaxın Şərqdə vəziyyəti nə dərəcədə alovlandırmaq gücündə olduğunu yoxlamaq və xaricdən yönələn təhdidlərə verəcəyi cavabla bağlı dilemma qarşısında qoymaq məqsədilə...” - qəzet vurğulayır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR