KİV: İsrail nümayəndə heyəti gələn həftə Vaşinqtona yola düşəcək

KİV: İsrail nümayəndə heyəti gələn həftə Vaşinqtona yola düşəcək
# 28 mart 2024 14:47 (UTC +04:00)

İsrail nümayəndə heyəti gələn həftə Vaşinqtona səfər edəcək.

APA xəbər verir ki, bu barədə “Yedioth Ahronoth” öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, İsrail Baş naziri Benyamin Netanyahu bununla bağlı Hərbi Kabinetin üzvlərinə məlumat verərək bildirib ki, nümayəndə heyəti gələn həftə Vaşinqtona yola düşəcək.

Bildirilib ki, nümayəndə heyətinin üzvləri ABŞ nümayəndələri ilə İsrailin Rəfahda mümkün hərbi əməliyyatını müzakirə edəcəklər.

İsrail hökuməti hələlik nümayəndə heyətinin səfərinə dair məlumatı şərh etməyib.

Kamilla Kazımova

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR