Bank Of Baku

KİV: İsrail və HAMAS arasında 3 günlük atəşkəs barədə razılıq əldə olunub

KİV: İsrail və HAMAS arasında 3 günlük atəşkəs barədə razılıq əldə olunub
# 17 noyabr 2023 15:23 (UTC +04:00)

İsrail və HAMAS arasında 3 günlük atəşkəs barədə razılıq əldə olunub.

APA xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

İsrail, həmçinin, razılaşmanın bir hissəsi olaraq BMT-nin nəzarəti altında Qəzza zolağına məhdud miqdarda yanacağın daxil olmasına razılıq verib.

HAMAS isə 50 israilli mülki girovu, o cümlədən uşaqları İsrail həbsxanalarında məhbus olan 50 qadın və uşağın müqabilində azadlığa buraxmağa razılaşıb.

Mənbələr əlavə edib ki, razılaşmanı qəbul etmək üçün ABŞ İsrailə təzyiq edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR