İsveçin Livandakı səfirliyinə naməlum şəxslər tərəfindən hücum cəhdi olub.
APA xəbər verir ki, bu barədə “Expressen” nəşri yazıb.
Qeyd olunub ki, İsveçin Beyrutdakı səfirliyinin binasının qapısına yandırıcı qumbara atılıb, lakin partlamayıb.
Bildirilib ki, Livanın "Hizbullah" partiyasının lideri Seyid Həsən Nəsrullah müsəlmanları "Qurani-Kərim"i qorumağa və onun yandırılmasının arxasında duranları cəzalandırmağa çağırıb.