Bank Of Baku

Konstitusiya Məhkəməsi Cənubi Koreya prezidentinin impiçmentini yekun olaraq təsdiqləyib

Yun Sek Yol

© APA | Yun Sek Yol

# 04 aprel 2025 06:37 (UTC +04:00)

Koreya Respublikasının Konstitusiya Məhkəməsi prezident Yun Sok Yolun impiçmentini yekdilliklə təsdiq edərək, onu həmişəlik hakimiyyətdən kənarlaşdırıb.

APA xəbər verir ki, məhkəmənin səkkiz hakimin hamısı impiçmenti təsdiqləyib.

Qeyd edək ki, onlardan ən azı altısı impiçmenti təsdiqləmək üçün səs verməli idi.

Xatırladaq ki, dekabrın 14-də parlament hərbi vəziyyətlə əlaqədar Yun Sok Yola impiçment elan edib.

Deputatlar hesab edirdilər ki, hərbi vəziyyət konstitusiyaya zidd olaraq tətbiq edilib, çünki bunun üçün heç bir əsas yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR