Kreml Putin-Netanyahu telefon danışığının təfərrüatlarını açıqlayıb - YENİLƏNİB-2

Kreml Putin-Netanyahu telefon danışığının təfərrüatlarını açıqlayıb - YENİLƏNİB-2
# 10 dekabr 2023 17:26 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb. APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Putin və Netanyahunun telefon danışığı zamanı əsas diqqət Fələstin-İsrail münaqişəsi zonasındakı kəskin vəziyyətə və xüsusilə Qəzza zolağındakı fəlakətli humanitar vəziyyətə yönəldilib.

"Vladimir Putin terrorizmi bütün təzahürlərində qəbul etməmək və pisləmək kimi prinsipial mövqeyini təsdiqləyib. Qeyd edib ki, terror təhlükələrinə qarşı mübarizənin mülki əhali üçün belə dəhşətli nəticələrə gətirib çıxarmaması son dərəcə vacibdir.

Vurğulanıb ki, Rusiya tərəfi mülki əhalinin iztirablarını yüngülləşdirmək və münaqişənin gərginliyini azaltmaq üçün hər cür yardım göstərməyə hazırdır.

Bundan əlavə, Rusiya vətəndaşlarının və onların ailə üzvlərinin təxliyəsi, həmçinin Qəzzada saxlanılan israillilərin azad edilməsi məsələlərində qarşılıqlı fəaliyyətin davam etdirilməsində qarşılıqlı maraq ifadə olunub. Təmasların davam etdirilməsi razılaşdırılıb", deyə Kremlin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.

***

16:30

İsrailin Baş naziri Benyamin Netanyahu Rusiya Prezidenti Vladimir Putinlə HƏMAS-la hərbi əməliyyatları müzakirə edib.

APA TASS-a istinadən xəbər verir ki, o, Putinlə regiondakı vəziyyət barədə də danışıblar.

Benyamin Netanyahu Rusiya nümayəndələrinin BMT-dəki - baş nazirlikdəki mövqeyindən narazılığını bildirib.

***

16:08

İsrailin Baş naziri Benyamin Netanyahunun Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Məlumata görə, danışıq təxminən 50 dəqiqə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR