ABŞ dövlət katibi Antoni Blinkenin KXDR ilə Rusiya Federasiyası arasında münasibətlərin inkişafı ilə bağlı bəyanatları “məsuliyyətsiz və təxribatçıdır” və “Koreya yarımadasında və regionda hərbi-siyasi gərginliyi” gücləndirir.
APA-nın məlumatına görə, KXDR Xarici İşlər Nazirliyinin bu mövqeyi Koreya Mərkəzi Xəbər Agentliyinin məlumatında öz əksini tapıb.
“Blinkenin məsuliyyətsiz və təxribat xarakterli bəyanatları və hərəkətləri Koreya yarımadasında və regionda təhlükəli hərbi və siyasi gərginliyi daha da gücləndirir”, - bəyanatda deyilir.
Xarici İşlər Nazirliyi xatırladıb ki, Blinken Asiyaya son səfəri zamanı “KXDR ilə Rusiya Federasiyası arasında bərabər və normal münasibətlərin inkişafı ilə bağlı əsassız narahatlığını” ifadə edib.