Bank Of Baku

Livan sosialistlərinin lideri ordu komandanını prezidentliyə namizəd göstərib

Livan sosialistlərinin lideri ordu komandanını prezidentliyə namizəd göstərib
# 19 dekabr 2024 02:27 (UTC +04:00)

Livanın Mütərəqqi Sosialist Partiyasının (MSP) lideri Valid Cumblat ordu komandanı general Cozef Aunun prezidentliyə namizədliyini irəli sürmək təşəbbüsü ilə çıxış edib.

APA xəbər verir ki, bu barədə MSP-nin mətbuat xidmətinin “X”-də yerləşdirilmiş mesajında ​​deyilir.

Qeyd olunur ki, livanlı siyasətçi qərarını parlament fraksiyasının iclasında açıqlayıb.

“Partiyanı Deputatlar Palatasında təmsil edən Demokratik Yığıncaq bloku 9 yanvar 2025-ci il tarixində keçiriləcək parlament iclasında Livan prezidentinin seçilməsinə ehtiyac olduğunu bəyan edir və ordu komandanı general Cozef Aunun namizədliyini dəstəkləyir”, - mətndə deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR