Birləşmiş Millətlər Təşkilatı (BMT) ABŞ-nin təzyiqinə görə Fələstin problemini həll edə bilmədi.
APA “TASS”a istinadən xəbər verir ki, bunu Fələstin lideri Mahmud Abbas rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı deyib.
“1947-ci ildən bəri BMT Baş Assambleyada və Təhlükəsizlik Şurasında Fələstin məsələsi ilə bağlı 1000-dən çox qətnamə qəbul edib, lakin ABŞ-ın təzyiqi nəticəsində son nəticədə öz missiyasını yerinə yetirə bilməyib, Fələstin xalqının hüquqlarının həyata keçirilməsini təmin edəcək bir qətnamə qəbul edə bilməyib”, - Mahmud Abbas vurğulayıb.