Malatyada dağıntılar altında qalan 4 azərbaycanlı tələbinin hamısının cəsədi tapılıb.
APA-nın Türkiyə müxbiri xəbər verir ki, Nəzərzadə Gündüz, Quliyev Samir, İsmayıllı Hümamın cansız bədəni dağıntılar altından çıxarılıb.
***
14.02.2023
Saat 20:59
Malatyada dağıntılar altında qalan 4 azərbaycanlı tələbədən birinin cəsədi tapılıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, Şahin Verdiyevin cəsədi dağıntılar altından çıxarılıb.
Digər üç nəfərin axtarışı davam edir.
Qeyd edək ki, Türkiyədəki zəlzələdən sonra Malatyadakı İnönü Universitetinin azərbaycanlı tələbələri Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə barədə məlumat almaq mümkün olmayıb.