Bank Of Baku

Malayziya BRİKS-ə üzv olmaq üçün ərizə göndərib

Malayziya BRİKS-ə üzv olmaq üçün ərizə göndərib
# 28 iyul 2024 22:04 (UTC +04:00)

Malayziya BRİKS-ə qoşulmaq üçün Rusiyaya müraciət edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Ənvər İbrahim məlumat verib.

“Malayziya BRİKS-ə sədrlik edən Rusiyaya təşkilata üzv olmaq üçün ərizə göndərərək üzv ölkə və ya strateji tərəfdaş kimi iştirak etməyə hazır olduğunu bildirib”, – deyə Baş nazir Ənvər İbrahim qeyd edib.

Ənvər İbrahim Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb və deyib ki, söhbət əsasən Malayziyanın BRİKS-ə qoşulmaq cəhdindən gedir.

Onun sözlərinə görə, bu, hər iki ölkə üçün əhəmiyyətli potensiala malik olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR