Bank Of Baku

Müdafiə naziri: Tayvan məsələsində Çinin qarşısını almaq cəhdləri iflasa məhkumdur

Müdafiə naziri: Tayvan məsələsində Çinin qarşısını almaq cəhdləri iflasa məhkumdur
# 15 avqust 2023 12:55 (UTC +04:00)

Tayvanda “odla oynayaraq” Çinin qarşısını almaq cəhdləri iflasa məhkumdur.

APA xəbər verir ki, bunu Çinin müdafiə naziri Li Şanfu Beynəlxalq Təhlükəsizlik üzrə 11-ci Moskva Konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, ölkəsi Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələri, Belarus və İranla hərbi sahədə əməkdaşlığın genişləndirməsini planlaşdırır.

Onun sözlərinə görə, Çin həmçinin silahlara nəzarət və nüvə silahının yayılmasının qarşısını almaq üçün beynəlxalq əməkdaşlığı genişləndirəcək.

Çinli nazir onu da qeyd edib ki, hərbi sahədə Rusiya-Çin münasibətləri üçüncü ölkələrə qarşı yönəlməyib.

“Çin hökuməti Ukrayna böhranı da daxil olmaqla, bir çox münaqişələrin və beynəlxalq problemlərin həlli üçün sülh danışıqlarını təşviq edəcək”, - nazir əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR