Nepalın Çin sərhədinə yaxın Rasuva bölgəsi və ətrafında avqustun 26-da baş verən güclü selin nəticələri ağır olaraq qalır.
APA xəbər verir ki, son məlumata görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 1403-ə yüksəlib, 6150 nəfərin axtarışı isə davam etdirilir. Fəlakət bölgəsindən 13742 nəfər xilas edilib.
Sel nəticəsində onlarla körpü dağılıb, yollar ciddi zərər görüb. Xilasetmə və axtarış işlərinə helikopterlər də cəlb olunub.