Bank Of Baku

​​​​​​​Nepalda zəlzələ nəticəsində 157 nəfər ölüb - YENİLƏNİB-3

​​​​​​​Nepalda zəlzələ nəticəsində 157 nəfər ölüb - YENİLƏNİB-3
# 04 noyabr 2023 17:58 (UTC +04:00)

Nepalda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 157-yə çatıb.

APA xəbər verir ki, bu barədə ölkə polisi məlumat yayıb.

***

08:00

Nepalda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 140-a çatıb.

APA xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Bildirilib ki, xəsarət alanların sayı 100 nəfəri keçib. Bəzi yaşayış məntəqələri ilə əlaqənin olmaması dəqiq statistika aparmağa imkan vermir.

***

04.42

Nepalda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 60-ı keçib.

APA xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

***

04.49

Nepalda zəlzələ nəticəsində azı 24 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə India Today telekanalı məlumat yayıb.

Kanal rəsmi mənbəyə istinadən xəbər verir ki, daha onlarla insan yaralanıb.

***

23.19

Hindistan-Nepal sərhədində 6 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Nepalın 9 min nəfərə yaxın əhalisi olan Cumla şəhərindən 36 kilometr Cənub-Şərqdə və təxminən 182 min nəfərin yaşadığı Hindistanın Bəhraiç şəhərindən 166 kilometr Şimal-Şərqdə yerləşib.

“Reuters”in şahidlərə istinadən verdiyi məlumata görə, Hindistanın paytaxtı Yeni Dehlidə də binalar silkələnib.

ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 5,6, Hindistan Seysmoloji Mərkəzi isə 6,4 bal gücündə qiymətləndirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR