Bank Of Baku

Netanyahu ABŞ-a gedir, Trampla İranı müzakirə edəcək

İsrailin Baş naziri- Benyamin Netanyahu

© APA | İsrailin Baş naziri- Benyamin Netanyahu

# 10 fevral 2026 14:44 (UTC +04:00)

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-a səfərə yola düşür.

APA “The Times of Israel”ə istinadən xəbər verir ki, Netanyahu ABŞ Prezidenti Donald Trampa İranla nüvə danışıqları barədə İsrailin prinsiplərini çatdıracağını deyib.

O səfərdən əvvəl jurnalistlərə açıqlamasında bildirib ki, bu prinsiplər sadəcə İsrail üçün yox, dünyadakı hər bir ölkə üçün vacibdir.

“Biz bir sıra məsələləri müzakirə edəcəyik. O cümlədən, Qəzza məsələsini”,- İsrailin Baş naziri bildirib.

Netanyahu əlavə edib ki, onun Trampla dəfələrlə baş tutan görüşləri İsrail-ABŞ arasında və onunla Tramp arasında şəxsi baxımdan unikal yaxınlığın göstəricisidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR