İsrail hakimiyyəti Qəzza zolağında dinc əhalinin itkilərini minimuma endirmək üçün lazımi addımları atmağa çalışır.
APA xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu CNN telekanalına müsahibəsində deyib.
O, "biz mülki əhalinin itkilərini minimuma endirməyə çalışırıq" - deyə açıqlama verib.
Onun sözlərinə görə, İsrailin quru əməliyyatına başlamasından sonra dinc əhali arasında ölənlərin sayı azalıb.