Bank Of Baku

Netanyahu İsrailin Ukraynaya silah verməsi xəbərini təkzib edib

Netanyahu İsrailin Ukraynaya silah verməsi  xəbərini təkzib edib
# 11 aprel 2023 01:31 (UTC +04:00)

İsrail Ukraynaya humanitar yardım edir, lakin bu dövlətin rəhbərliyi Kiyevə silah tədarükü ilə bağlı heç bir qərar qəbul etməyib.

APA-nın xəbərinə görə, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu məlumat verib.

Pentaqonun sənədləri internetdə dərc edildikdən sonra o, jurnalistlərin suallarını cavablandırmalı olub. Şəbəkəyə sızan sənədlərdən birində İsrailin Ukraynaya silah ötürə biləcəyi barədə məlumatlar yer alır.

“Ukrayna üçün ölümcül silahlarla bağlı xəbərlərə gəlincə, bu xəbərlərin nəyə əsaslandığını bilmirəm. Biz onlara humanitar məsələlərdə və mülki müdafiə sahəsində kömək etmək qərarına gəlmişik”, - Netanyahu vurğulayıb

Baş nazir əlavə edib ki, onun və əvvəlki hökumətlərin öldürücü silahların tədarükü ilə bağlı hər hansı qərarı barədə eşitməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR