Bank Of Baku

Ötən gün Qəzzaya humanitar yardımla dolu daha 98 yük maşını daxil olub

Ötən gün Qəzzaya humanitar yardımla dolu daha 98 yük maşını daxil olub
# 14 noyabr 2023 09:20 (UTC +04:00)

Humanitar yardım daşıyan ən azı 98 yük maşını bazar ertəsi günü Rəfah keçid məntəqəsi vasitəsilə Qəzza zolağına daxil olub.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail hökumətinin Fələstin ərazilərində fəaliyyətin koordinasiyası üzrə idarəsi X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Qeyd edilib ki, Qəzza zolağına 42 yük maşını ərzaq (963 ton), 14-ü tibbi avadanlıq (176 ton), 19-u su (380 ton), 15-i müvəqqəti yerləşdirmə mərkəzlərinin işinin təşkili üçün zəruri olan əşyalar (225 ton) və daha çox 8 - qarışıq yük (137 ton) çatdırılıb.

Qəzza zolağına humanitar yardımın çatdırılması Yaxın Şərqdə münaqişənin gərginləşməsinin başlamasından iki həftə sonra oktyabrın 21-də başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR