Bank Of Baku

Pakistanda bazarda partlayış olub, 7 nəfər ölüb

Pakistanda bazarda partlayış olub, 7 nəfər ölüb
# 12 may 2026 10:54 (UTC +04:00)

Pakistanın şimal-qərbində yerləşən Lakki Mərvət rayonunda bazarda partlayış baş verib.

"Reuters"in yerli polis orqanlarına istinadən məlumatına görə, partlayış nəticəsində azı 7 nəfər, o cümlədən 2 polis əməkdaşı və 5 mülki şəxs ölüb.

Məlumata əsasən, partlayış nəticəsində bir neçə nəfər də yaralanıb. Yaralıların dəqiq sayı hələ açıqlanmayıb.

Hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır.

Qeyd edilib ki, hadisə Pakistan-Əfqanıstan sərhədinə yaxın Xayber-Paxtunxva əyalətində qeydə alınıb. Bölgədə son illərdə tez-tez silahlı qruplaşmaların hücumları baş verir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR