Paşha Bank
Bank Of Baku

Bolqarıstanda prezident seçkiləri keçirilir

Bolqarıstanda prezident seçkiləri keçirilir
# 25 oktyabr 2026 09:53 (UTC +04:00)

Bolqarıstanda prezident seçkiləri üzrə səsvermə başlayıb.

APA xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, seçkilərdə 27 namizəd mübarizə aparır.

Əsas namizədlər arasında hazırkı Prezident İliyana Yotova və ölkənin keçmiş müvəqqəti Baş naziri Andrey Gyurov yer alır.

“Alpha Research” şirkətinin keçirdiyi rəy sorğusuna əsasən, Yotovanı seçicilərin 41, Gyurovu isə 28 faizi dəstəkləyir.

Seçkilər Qara dənizdə Bolqarıstan sahilləri yaxınlığında ticarət gəmilərinə ölümcül dron hücumlarından sonra təhlükəsizlik narahatlığının artdığı şəraitdə keçirilir.

Səsvermə yerli vaxtla saat 07:00-da başlayıb və 20:00-da başa çatacaq.

Namizədlərdən heç biri səslərin mütləq əksəriyyətini toplaya bilməsə, noyabrın 1-də seçkilərin ikinci turu keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR