Bank Of Baku

Pakistanda polis idarəsinə hücum olub, 24 nəfər ölüb - YENİLƏNİB

Pakistanda polis idarəsinə hücum olub, 24 nəfər ölüb - YENİLƏNİB
# 12 dekabr 2023 13:27 (UTC +04:00)

Pakistanın şimal-qərbində polis məntəqəsində partlayış nəticəsində 24 polis əməkdaşı həlak olub.

APA İndiaToday-a istinadən xəbər verir ki, bölmənin qarşısında terrorçu-kamikadze partlayıcı yüklü yük maşınını partladıb, ardınca silahlı şəxslər bölməyə daxil olaraq insanlara atəş açıb.

Ölənlərin sayının artacağı istisna olunmur.

***

10:17

Pakistanın şimal-qərbində partlayış nəticəsində 4 polis həlak olub.

APA xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Dera İsmayıl Xan bölgəsində polis idarəsinə hücum edilib. Silahlı qarşıdurma zamanı bomba partladılıb və baş vermiş terror aktı nəticəsində 28 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Baş vermiş hadisəyə görə məsuliyyəti “Təhrik-i-Taliban-i-Pakistan” (və ya Pakistan Talibanı) öz üzərinə götürüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR