İran həmişə sülh və sabitlik axtarışında olub.
APA xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian özünün “X” hesabında bildirib.
“Biz həmişə sülh və sabitlik axtarışında olmuşuq. Lakin indiki vəziyyətdə münaqişənin bitməsinin yeganə yolu düşmənin təcavüzü qeyd-şərtsiz dayandırmasıdır”, - Pezeşkian qeyd edib.
O vurğulayıb ki, “əks halda İranın cavabları daha möhkəm və daha peşmanedici olacaq”.