PKK terror təşkilatının üzvü məhv edilib.
APA xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında yazıb.
Nazirin sözlərinə görə, 4 dekabrda həyata keçirilən “KAHRAMANLAR-32” əməliyyatında zərərsizləşdirilən terrorçunun PKK rəhbəri Murat Karayılanın mühafizəçisi Yunus Aras (kod adı - Herekol Hezex) olduğu müəyyən edilib.