Polşada ölkənin şərqində dəmir yolu infrastrukturunda terror təhlükəsinin üçüncü səviyyəsinin tətbiq müddəti 2026-cı ilin noyabr ayının sonunadək uzadılıb.
APA xəbər verir ki, müvafiq qərarı Polşanın Baş naziri Donald Tusk imzalayıb.
Polşa Hökumətinin Təhlükəsizlik Mərkəzinin yaydığı açıqlamaya görə, terror təhlükəsinin dörd səviyyəsindən üçüncüsü olan “CHARLIE” səviyyəsi dəmir yolu xətlərində 1 sentyabr 2026-cı il saat 00:00-dan 30 noyabr saat 23:59-dək qüvvədə olacaq.
Qərar PKP Polskie Linie Kolejowe S.A. və PKP Linia Hutnicza Szerokotorowa Sp. z o.o.-nun idarə etdiyi dəmir yolu xətlərinə şamil olunur.