Bank Of Baku

Pentaqon Əfqanıstandan qoşunların çıxarılması ilə bağlı qəsdən gizlədilmiş sənədlər aşkar edib

Pentaqon Əfqanıstandan qoşunların çıxarılması ilə bağlı qəsdən gizlədilmiş sənədlər aşkar edib
# 27 avqust 2026 00:26 (UTC +04:00)

ABŞ Müdafiə Nazirliyinin əməkdaşları 2021-ci ildə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı qəsdən gizlədilmiş məxfi sənədlər aşkar ediblər.

APA xəbər verir ki, bunu Pentaqon rəhbərinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell bildirib.

O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası tərəfindən yaradılmış komissiya Əfqanıstandan qoşunların çıxarılması zamanı ABŞ hərbçilərinin ölümü ilə bağlı baş verənləri və məsul şəxsləri araşdırır.

“Əfqanıstanda baş verən hadisələrlə bağlı hərtərəfli araşdırma aparırıq. Gözləmədiyimiz məlumatlarla qarşılaşırıq”, – deyə Parnell X sosial şəbəkəsində yayımladığı videomüraciətdə bildirib.

Onun sözlərinə görə, yaxın zamanda komandası son dərəcə mühüm məxfi sənədlər aşkar edib.

“Açıqlanmalı olan materiallar tapılmamaları üçün seyflərdə gizlədilib. Komandam bu sənədlərlə tanış olduqdan sonra onların niyə gizlədilməyə çalışıldığının səbəbi aydın oldu”, – deyə Pentaqon rəsmisi vurğulayıb.

Parnell sənədlərin konkret olaraq hansı məsələlərə aid olduğunu açıqlamayıb. Onun sözlərinə görə, məlumatlar əlavə yoxlamalardan sonra ictimaiyyətə açıqlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR