Bank Of Baku

Qazaxıstan Türkiyəyə 55 ton humanitar yardım göndərəcək

Qazaxıstan Türkiyəyə 55 ton humanitar yardım göndərəcək
# 15 fevral 2023 10:45 (UTC +04:00)

Qazaxıstan Türkiyəyə humanitar yardım göndərəcək.

Prezident Kasım-Jomart Tokayevin sərəncamına uyğun olaraq, Qazaxıstan Türkiyəyə əlavə humanitar yardım göndərəcək.

APA Qazaxıstan Baş nazirinin saytına istinadən xəbər verir ki, məsələ birinci müavin Roman Sklyarın sədrliyi ilə keçirilən hökumət komissiyasının iclasında müzakirə olunub.

55 tonluq humanitar yardıma paltarlar (isti gödəkcələr və şalvarlar), qış çadırları, metal çarpayılar, yataq dəstləri və digər zəruri mallar daxildir.

Bildirilib ki, yardım təyyarə ilə Türkiyənin Qaziantep şəhərinə aparılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR