Qəzza zolağında ölən israilli hərbçilərin sayı açıqlanıb - YENİLƏNİB

Qəzza zolağında ölən israilli hərbçilərin sayı açıqlanıb - YENİLƏNİB
# 11 dekabr 2023 14:39 (UTC +04:00)

Qəzza zolağında ölən israilli hərbçilərin sayı 430-a çatıb

Qəzza zolağında 7 oktyabrdan indiyə kimi ölən israilli hərbçilərin sayı 430-a çatıb.

APA xəbər verir ki, bu barədə məlumat İsrail Müdafiə Qüvvələrinin (İsrael Defence Forces – İDF) rəsmi saytında dərc edilib.

Məlumata əsasən, İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi yerüstü hərbi əməliyyatlar nəticəsində ötən gün 8 hərbçi ölüb və bununla da ümumilikdə 430 israilli hərbçi həyatını itirib.

Hacı Cavadov

***

İsrail Ordusu Qəzzada hərbi əməliyyatlar zamanı daha dörd əsgərini itirib.

APA TASS-a istinadən xəbər verir ki, əsgərlərin itkisi əsasən Qəzza zolağının cənub istiqamətində baş verib.

Bununla da İsrail Ordusunun noyabrın sonundan Qəzza zolağında keçirdiyi quru əməliyyatları zamanı itirdiyi hərbçilərin sayı 102-ə çatıb. Yaralanan hərbçilər isə 550 olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR