Bank Of Baku

Qəzzada növbəti müvəqqəti atəşkəs elan olunub

Qəzzada növbəti müvəqqəti atəşkəs elan olunub
# 16 noyabr 2023 12:59 (UTC +04:00)

Qəzza zolağında növbəti müvəqqəti atəşkəs elan olunub.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İsrael Defence Forces – İDF) sözçüsü Avihay Edri bildirib.

Onun sözlərinə görə, Bakı vaxtı ilə 12:00-dan 16:00-a kimi İsrail ordusunun Qəzza şəhərində döyüş əməliyyatlarının növbəti dəfə dayandırılması elan edilib.

İDF rəsmisi onu da əlavə edib ki, Tel əl-Hava, Əl-Səbra, Əl-Zeytun əl-Qarbi və Cəbəliyə (həmçinin Qəzza şəhərinin bir hissəsi) bölgələrindəki sakinlərin təxliyəsi üçün humanitar dəhliz yenidən Bakı vaxtı ilə saat 18:00-a qədər fəaliyyət göstərəcək.

Təxliyə marşrutu Səlahəddin yolu ilə anklavın cənubuna doğru hərəkət edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR