Bank Of Baku

Qəzzada ölən İsrail əsgərlərinin sayı 15-ə çatıb - YENİLƏNİB

Qəzzada ölən İsrail əsgərlərinin sayı 15-ə çatıb - YENİLƏNİB
# 01 noyabr 2023 18:40 (UTC +04:00)

Qəzzada hərbi əməliyyatlarda ölən İsrail əsgərlərinin sayı 15-ə çatıb.

APA xəbər verir ki, bu barədə "i24 News” kanalı İsrail Müdafiə Qüvvələrinə istinadən məlumat yayıb.

Xatırladaq ki, İsrail oktyabrın 27-dən etibarən Qəzzada quru əməliyyatlarına başlayıb.

***

10:53

İsrail Qəzzada daha 9 əsgərini itirib.

APA İsrail mətbuatına istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Bildirilib ki, Qəzzada HAMAS-la davam edən döyüşlərdə İsrailin 9 hərbçisi həyatını itirib. Bundan başqa, dünən İsrail ordusunun daha 2 hərbçisinin öldüyü bildirilmişdi.

IDF bildirib ki, 2 əsgər 7-ci Zirehli Briqadanın 77-ci Batalyonunda, qalan əsgərlər isə Givati Piyada Briqadasının Tzabar Batalyonunda xidmət edib.
Givati Piyada Briqadasının əsgərləri onları daşıyan zirehli maşının HAMAS-ın atdığı tank əleyhinə idarə olunan raketlə vurulması nəticəsində həlak olub.

Eyni hadisədə biri ağır olmaqla, daha dörd əsgər yaralanıb.

7-ci Zirehli Briqadanın əsgərləri isə tankın partlayıcı qurğunun üzərinə keçməsi nəticəsində həlak olub. Həmin hadisədə daha iki əsgər ağır yaralanıb.

Xatırladaq ki, oktyabrın 7-də HAMAS-ın İsrailin cənub regionuna qəfil hücumu nəticəsində 1400-dən çox israilli qətlə yetirilib, 200-dən çox şəxs girov götürülüb. Bunun ardınca İsrail HAMAS-a qarşı hərbi əməliyyatlara başlayıb. İlkin mərhələdə Qəzzaya hava zərbələri endirilib və oktyabrın 27-də İsrail Qəzzada quru əməliyyatlarına başladığını elan edib.

İsrailin Qəzzaya zərbələri nəticəsində burada indiyədək 8000-dən çox fələstinlinin həlak olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR