Bank Of Baku

Qəzzada xeyriyyə təşkilatının 7 əməkdaşı həlak olub

Həlak olan WCK işçilərindən biri Avstraliya vətəndaşı Lalzawmi "Zomi" Frankcom

© APA | Həlak olan WCK işçilərindən biri Avstraliya vətəndaşı Lalzawmi "Zomi" Frankcom

# 02 aprel 2024 10:54 (UTC +04:00)

"World Central Kitchen" (WCK) xeyriyyə təşkilatının əməkdaşları Qəzzada həlak olub.
APA BBC-yə istinadən xəbər verir ki, bu barədə ilkin olaraq WCK-nın qurucusu José Andrés məlumat yayıb.
O bildirib ki, həlak olanlar arasında Böyük Britaniya, Polşa və Avstraliyadan olan işçilər var.


WCK daha sonra verdiyi geniş açıqlamada komandanın 7 üzvünün öldürüldüyü və onların Avstraliya, Polşa, Britaniya, Fələstin və ikili ABŞ-Kanada vətəndaşı olduğunu bildirib.
"Bu gün İsrail Müdafiə Qüvvələri tərəfindən hədəflənmiş hücuma görə onlar həyatlarını itirib", xeyriyyə təşkilatının baş direktoru Erin Gore açıqlamasında deyib.

Baş direktor Gore qeyd edib ki, WCK-nın bölgədəki əməliyyatlarını dərhal dayandırır.
O əlavə edib ki, həlak olanlar Qəzzanın mərkəzindəki Deyr əl-Bələh anbarından çıxarkən vurulub, "komanda dəniz yolu ilə Qəzzaya gətirilən 100 tondan çox humanitar ərzaq yardımını oradan boşaltmışdı".


Fələstinli tibb mənbəsi BBC-yə bildirib ki, işçilər üzərində WCK loqosu olan güllə keçirməyən jiletlər geyiniblər. İsrail Müdafiə Qüvvələri (IDF) "hərtərəfli araşdırma" apardığını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR