Rəsmi Ankara: İranın İsrailə raket zərbələrinin qarşısının Türkiyənin radar sisteminin dəstəyi ilə alındığına dair xəbərlər yalandır

Rəsmi Ankara: İranın İsrailə raket zərbələrinin qarşısının Türkiyənin radar sisteminin dəstəyi ilə alındığına dair xəbərlər yalandır
# 21 aprel 2024 02:41 (UTC +04:00)

Rəsmi Ankara İranın İsrailə raket zərbələrinin qarşısının Türkiyənin radar sisteminin dəstəyi ilə alındığına dair xəbərlərin yalan olduğunu bildirib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bununla bağlı Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsi nəznində Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.

Mərkəzin paylaşımında “Aprelin 15-də İranın İsrailə qarşı atdığı raketlər Malatyanın Kürecik bölgəsindəki radar bazası sayəsində erkən aşkarlanıb və zərərsizləşdirilməsinə dair İddia doğru deyil” - qeyd olunub.

Əlavə olunub ki, Kürecikdəki radar sistemindən əldə edilən məlumatlar yalnız NATO prosedurları çərçivəsində müttəfiqlərlə paylaşılır:

“Bu məlumat mübadiləsinin məqsədi NATO müttəfiqi ölkələrin xalqları, ərazisini və qüvvələrini qorumaqdır. İsrail kimi NATO-nun müttəfiqi olmayan ölkələrlə məlumat paylaşmaqdan söz gedə bilməz. Türkiyə hər zaman Fələstinli qardaşlarımızın haqlı davasının yanında olub və bundan sonra da hər cür şəraitdə olacaq. İctimaiətin həssaslığı üzərində həyata keçirilməyə çalışılan manipulyasiya kampaniyalarına etibar etməyin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR