Fələstinin HƏMAS radikal hərəkatı oktyabrın 7-də İsrailə hücum zamanı əsir götürülən girovların azad edilməsi ilə bağlı danışıqları dayandırıb.
APA xəbər verir ki, bu barədə adı açıqlanmayan fələstinli rəsmiyə istinadən Reuters agentliyi məlumat yayıb.
Məlumata görə, HƏMAS-ın qərarı Qəzza zolağının şimalında yerləşən Əl-Şifa xəstəxanası ilə bağlı İsrailin hərəkətləri ilə bağlıdır. Agentlik başqa təfərrüatları açıqlamır.
***
18:50
HAMAS hərəkatı Əl-Şifa xəstəxanası ətrafında yaranmış vəziyyətlə əlaqədar girovların azad edilməsi ilə bağlı danışıqları dayandırmaq qərarına gəlib.
APA xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Xəbər yenilənir.