Bank Of Baku

"Reuters": Qüds Qüvvələrinin komandanı Beyrutda itkin düşüb

"Reuters": Qüds Qüvvələrinin komandanı Beyrutda itkin düşüb
# 07 oktyabr 2024 00:35 (UTC +04:00)

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani ilə İsrailin Beyruta hücumundan sonra əlaqə kəsilib.

APA xəbər verir ki, “Reuters” bu haqda adı açıqlanmayan iki İran rəsmisinə istinadən xəbər verir.

Qeyd olunur ki, Qaani Livana “Hizbullah”ın baş katibi Həsən Nəsrullahın ölüm xəbərini öyrəndikdən sonra gedib.

Xüsusi təyinatlıların komandanı Beyrut ərazisində olarkən İsrail şəhərə zərbələr endirib.

Mənbələr bildirir ki, ötən həftənin sonundan bəri Qaani ilə əlaqə olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR