Bank Of Baku

Rusiya, İran, Çin və Pakistan ABŞ-dan Əfqanıstana qarşı sanksiyaları ləğv etməyi tələb edib

Rusiya, İran, Çin və Pakistan ABŞ-dan Əfqanıstana qarşı sanksiyaları ləğv etməyi tələb edib
# 13 aprel 2023 12:41 (UTC +04:00)

Rusiya, İran, Çin və Pakistan ABŞ-ı Əfqanıstandakı vəziyyətə görə məsuliyyəti öz üzərinə götürməyə çağırıb.

APA İran Xarici İşlər Nazirliyinin rəsmi “Telegram” kanalına istinadən xəbər verir ki, bu barədə Rusiya, İran, Çin və Pakistan XİN rəhbərlərinin Səmərqənddə keçirilən qeyri-rəsmi görüşün yekunlarına dair birgə bəyanatında deyilir.

Bu ölkələrin XİN başçıları həmçinin Vaşinqtondan Əfqanıstana qarşı tətbiq edilən birtərəfli sanksiyaları dərhal ləğv etməyi və bu dövlətin xarici aktivlərini geri qaytarmağı tələb ediblər.

Rusiya, İran, Çin və Pakistan həmçinin, Əfqanıstandakı Taliban hakimiyyətini qadınlar üçün məhdudiyyətləri aradan qaldırmağa çağırıb. Bəyanatda Taliban inklüziv hökumət yaratmağa və milli azlıqlar üçün məhdudiyyətləri aradan qaldırmağa təşviq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR